Dünya

Rusiyada içki dükanlarının bağlanmasının fəsadları..?


…“Rosalkogoltobaccontrol” Rusiyanın regionlarında içki mağazalarının bağlanmasının fəsadlarından danışıb.

SİA xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Departament nümayəndələrinin dediyinə görə, belə bir təşəbbüs qeyri-leqal məhsulların satış yollarının ortaya çıxmasına səbəb olacaq.

“Rosalkogoltobaccontrol” Voloqda vilayətində “Krasnoe & Beloe” içki mağazalarının bağlanması ilə bağlı xəbəri belə şərh edib.

…Lisenziyalı içki mağazaların bağlanması hüquqi sahədən kənar alternativ satış kanallarının yaranmasına, yəni qeyri-qanuni məhsulların satışına gətirib çıxaracaq

Bunu nəşr, özü də necə deyərlər… “düpbələm düz” yazır.

Xatırladaq ki, bir müddət əvvəl Voloqda vilayətinin qubernatoru Georgi Filimonov “Krasnoe & Beloe” şirkətinin “müqəddəs zərurət” səbəbindən bölgəni tərk etdiyini bildirmişdi.

Amma daha sonra içki mağazası özü bu məlumatı təkzib edib.

Əli Babayev