“Çində yeni dinozavr növü tapılıb”
“Çinli alimlər Yunnan əyalətində aşkarlanan fosillərin ot yeyən və uzun boyunlu “Sauropodomorpha” kladına aid yeni bir dinozavr növünə məxsus olduğunu müəyyənləşdiriblər”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası, Çin Geologiya Muzeyi və Yunnan Universitetinin alimləri Wuding bölgəsində tapılan yaxşı qorunmuş kəllə sümükləri, boyun və onurğa fəqərələri, həmçinin ön ayaq sümüklərini analiz ediblər.
Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.Kəşf 200 milyon il əvvələ aiddir.Alimlər, Erkən Yura dövrünə aid bu qalıqların təxminən 200 milyon il yaşı olduğunu bildiriblər. Filogenetik analizlər əsasında digər dövr dinozavrlarından fərqli xüsusiyyətlərə malik bu yeni növə “Wudingloong wui” adı verilib.