Hindistanda daşqın olub
Hindistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 4 nəfər ölüb, 100-ə yaxın insan itkin düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Hindustan Times” qəzetində yer alan məlumata görə, dünən ştatın Dharali rayonunda qəfil yağan leysan nəticəsində yaranan daşqın və torpaq sürüşmələrinin ardından axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətlilər 4 nəfərin həyatına son qoyan fəlakəti “ciddi” adlandırıb və 100-ə yaxın adamın itkin düşdüyünü açıqlayıb. Rəsmilər həmçinin, axtarış-xilasetmə işləri çərçivəsində bölgəyə göndərilən 11 ordunun itkin düşdüyünü, onlardan ikisinin daha sonra xilas edildiyini bildirib. Rəsmilər daşqınlarda evlərin və yaşayış yerlərinin dağıldığını, ştatın bir çox bölgəsində təhsilin dayandırıldığını bildirib.