Dünya

İranın 20 vilayətində istilərə görə tətil elan edildi


İranın 20 vilayətində dövlət müəssisələri həddindən artıq istilər səbəbindən tətil edəcək. SİA xəbər verir ki, “Fars” xəbər agentliyi avqustun 6-da bağlı elan edilən əyalətlərin siyahısını dərc edib.

Ölkəyə təsir edən yüksək temperaturlar və enerji istehlakını azaltmaq üçün aşağıdakı vilayətlər 6 avqust ictimai qurumlarını bağlayacaq:

Tehran, Fars, Ərdəbil, Kohquliya-Buyer Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharmahal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əl-Borz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İylam, Qum və Gilan.

İranda havaların istiləşməsi ilə enerjiyə qənaət tətbiqləri artıb.

Paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik kəsilməsi tətbiq edilib.

İsti havalarda kondisionerlərin işə düşməsi səbəbindən enerji tələbatının pik həddə çatdığı bu günlərdə səlahiyyətlilər tez-tez əhalini resurslardan qənaətlə istifadə etməyə çağırır.