Qananın müdafiə naziri helikopter qəzasında həlak olub…
Qananın müdafiə naziri Edvard Oman Boamah hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Boamadan başqa helikopterdə ətraf mühit, elm, texnologiya və innovasiyalar naziri İbrahim Murtala Məhəmməd, keçmiş qida naziri Samuel Sarponq, parlamentə keçmiş namizəd Samuel Aboaqye, milli təhlükəsizlik üzrə koordinator müavini Alhaji Muniru Məhəmməd və üç ekipaj üzvü olub. SİA-nın məlumatına görə, onların heç biri sağ qalmayıb.
Qəza Aşanti bölgəsində baş verib. Z-9 helikopteri mədənçilik üzrə foruma gedirdi, lakin bir anda radardan itib. Qəzanın səbəbləri araşdırılır.
Qana prezidenti Con Dramani Mahama həlak olanların yaxınlarına başsağlığı verib.
Əli Babayev