Dünya

Tramp Hindistandan gələn mallara 25 faiz rüsum tətbiq edib





Rusiya neftinin alışına görə.



Hindistan Rusiyadan idxal edilən neftə 25 faiz rüsum tətbiq edib.

SİA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.

ABŞ prezident administrasiyası bu gün Hindistana qarşı tətbiq etdiyi tarifi Rusiya neftini idxal edən digər ölkələrə də uzada bilər.

25 faizlik tarif fərman imzalandıqdan 21 gün sonra qüvvəyə minəcək.

Donald Tramp bundan əvvəl Hindistanı Rusiyadan əhəmiyyətli dərəcədə enerji resursları və hərbi texnika almasına görə tənqid etmişdi.

O, beynəlxalq ictimaiyyətin Ukraynadakı müharibə şəraitində Moskvaya dəstəyi dayandırmaq çağırışına baxmayaraq, Hindistan və Çinin Rusiya enerjisinin ən böyük alıcıları olduğunu bildirib.

Əli Babayev