Avstraliyada on minlərlə müəllim tətil edir
Avstraliyada 50 minə yaxın müəllim tətil edir. SİA xəbər verir ki, Kvinslend əyalətində 50 minə yaxın müəllim iş şəraitinin yaxşılaşdırılması tələbi ilə 15 ildən sonra ilk dəfə tətil elan edib.
Kvinslenddəki 1266 dövlət məktəbinin hamısını əhatə edən tətil 560 min şagirdə təsir edib.
Təhsil verənlər müəllim çatışmazlığı problemini həll etməyi və iş yerlərində təhlükəsizliyin yaxşılaşdırılmasını tələb edirlər.
Problemi həll etmək üçün müəllimlərin həmkarlar ittifaqı ilə Nazirlər Kabinetinin nümayəndələri danışıqlar aparacaqlar.