Dünya

İran ABŞ-ın danışıqlar mesajına cavab verdi


İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın danışıqlara dair mesajından danışarkən Tehran administrasiyasının hələlik məsələ ilə bağlı yekun qərar vermədiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Araqçi cari gündəmlə bağlı sualları cavablandırıb.

Araqçi deyib: “Qarşı tərəfdən (ABŞ) bəzi mesajlar aldıq. Onlar dəyərləndirilir. Qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nəyi diktə etməsindən asılıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin yaxın günlərdə baş tutması gözlənilən Tehran səfəri öncəsi danışan Araqçi, dəyişən şərtlərin MAQATE ilə münasibətlərdə yeni dövrün başlanmasını zəruri etdiyini bildirib.