“Mən Putinlə tezliklə görüşə bilərəm”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Rusiya-Ukrayna prosesini dəyərləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda başa çatması arzusunu dilə gətirib və Moskvada danışıqların çox məhsuldar keçdiyini bəyan edib.
Putinlə tezliklə görüşmək ehtimalı ilə bağlı suala Tramp belə cavab verib: “Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ hara qərar verməmişik. Bu, uzun bir yoldur, lakin görüşün çox tezliklə baş tutması şansı yüksəkdir”.
Tramp həmçinin Putinin mövqeyindən məyus olduğunu bildirib.