Dünya

Rusiyanın ilk hərbi heyəti Belarusa gəlməyə başlayıb…





“ Zapad-2025” təlimləri sentyabrda başlayacaq…



…Bu arada Belarusun Müdafiə Nazirliyindən verilən məlumata görə, Belarus və Rusiya Silahlı Qüvvələrinin “Zapad-2025” birgə strateji təliminə hazırlıq və gələcək iştirak üçün Rusiya hərbi qulluqçularının texnikası olan birinci eşelon Belarusa gəlib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, təlim sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, bir sıra ekspertlərin ehtimalına görə,“Zapad-2025” manevrləri Rusiya tərəfindən Baltikyanı ölkələr və Polşaya qarşı təxribatlar üçün istifadə oluna bilər.

Əli Babayev