İqtisadiyyat

“Təzəpir” məscidi ətrafındakı tarix və mədəniyyət abidələri qorunur


Hazırda “Təzəpir” məscidi ətrafındakı aparılan yenidənqurma işləri çərçivəsində tarix və mədəniyyət (memarlıq) abidələri qorunur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur:

“Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq”.