Tramp Putinin sülh danışıqlarının şərtlərini müttəfiqlərinə açıqlayıb…
ABŞ prezidenti Donald Tramp avropalı müttəfiqlərinə bildirib ki, Putin sülh danışıqlarına açıqdır, ancaq bu danışıqlara “ərazi mübadiləsi” məsələsi daxil edilərsə…
SİA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Dünən Tramp deyib ki, yaxın gələcəkdə Vladimir Putin və Vladimir Zelenski ilə görüşmək üçün “çox yaxşı şans” var. Bir neçə məlumatlı mənbənin bildirdiyinə görə, dünən Avropa liderləri ilə telefon danışığı zamanı Tramp Ukraynada atəşkəs mümkünlüyü barədə müsbət fikirlər səsləndirib.
O, həmçinin təklif edib ki, Putin sülh danışıqlarına açıqdır, bir şərtlə ki, onlar ərazi mübadiləsi məsələlərini də müzakirə etsinlər.
“Ərazi mübadiləsi” dedikdə konkret nə nəzərdə tutulduğu göstərilmir. Lakin bu kontekstdə Bloomberg xatırladır ki, Putin əvvəllər Ukraynanın Krım yarımadasına, eləcə də Ukraynanın şərq və cənub vilayətlərinin Donetsk, Luqansk, Zaporojya və Xersona iddiasını irəli sürüb.
…Əvvəllər ABŞ Krımın istənilən razılaşmanın bir hissəsi kimi tanınmasını və Ukraynanın digər bölgələrinin Rusiyanın işğal etdiyi hissələrinə nəzarətin faktiki olaraq verilməsini təklif edirdi. Bu əvvəlki təkliflərin bir hissəsi olaraq Zaporojye və Xerson vilayəti əraziləri üzərində nəzarət Ukraynaya qaytarılmalı idi, – nəşrin müəllifləri yaz təkliflərini xatırladıblar.
Əli Babayev