Sosial

İmişlidə dama idman növü üzrə yarış keçirilib


Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik” ili çərçivəsində rayon yeniyetmələri arasında idmanın dama növü üzrə rayon birinciliyi keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Ceyhun Əbdülov, partiya üzvləri və yeniyetmələr iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəklində keçən rayon birinciliyində Emiliya Rzayeva birinci yeri, Amin Şirinli ikinci yeri, Ruslan Cəfərov isə üçüncü yeri tutub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan bu gün idmanın bütün növlərinin ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasındadır. Yeniyetmə və gənc idmançılarımız beynəlxalq arenalarda uğurla çıxışlar edir və ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.

Digər çıxış edənlər qalib Azərbaycanın qalib gənclərinin idman arenalarında qazandığı qələbələrin onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.