Siyasət

ABŞ-la danışıqlarda Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib


Artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilib. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, vaxt itirmək istəmirlər: “Onsuz da əvvəlki adminstrasiya dövründə – 4 ili itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden Adminstrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilib. Bizim ABŞ ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial olaraq bir növ dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun adminstrasiyasının nümayəndələrini, onun komandasının Azərbaycana olan müsbət münasibəti, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşləri, mətbuat konfransındakı ab-havanı da hiss ediblər. Bu xoş münasibət əlbəttə, çox önəmli amildir”.