Avropa bu işdə fəal iştirak etməlidir…
Avropa Ukrayna münaqişəsinin həlli prosesində fəal iştirak etməlidir.
SİA-nın məlumatına görə, bu fikri Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz və Vladimir Zelenski ilə telefon danışığından sonra bildirib.
…Ukraynanın gələcəyini ukraynalılar özləri olmadan həll etmək olmaz, – Fransa lideri X-də yazır.
…Avropalılar da əlbəttə ki, həllin bir hissəsi olacaqlar, çünki bu, öz təhlükəsizliyindən gedir.
Makron həmçinin əlavə edib ki, Paris, Berlin və London “istəklilərin koalisiyası” çərçivəsində görülən işlərə əsaslanaraq “Ukraynanı dəstəkləməyə davam etməkdə qərarlıdırlar”.
Əli Babayev