Fransa Makronu ölümlə hədələyəndən sonra istintaqa başlayıb…
Fransanın hüquq-mühafizə orqanları YouTube-da yayımlanan videoda ravvin Devid Daniel Koenin prezident Emmanuel Makrona qarşı təhdidlərindən sonra araşdırmaya başlayıb.
SİA-nın məlumatına görə, bu barədə Agence France-Presse (AFP) Paris prokurorluğuna istinadən yazıb.
…İstintaq respublika prezidentinin ölümlə hədələnməsi ilə bağlı başlayıb, – deyə agentlik idarənin bəyanatından sitat gətirir.
Video Fransa daxili işlər naziri Bruno Retaillonun diqqətinə çatdırıldıqdan sonra iş açılıb.
Prokurorluqdan bildirilib ki, istintaqın aparılması məhkəmə polisinin cinayət-axtarış briqadasına həvalə edilib.
AFP-nin məlumatına görə, İsraildə olduğu ehtimal edilən ravvin videoda Makronu fransızca sərt şəkildə tənqid edərək, onun Fələstin dövlətini tanımaq qərarından narazılığını ifadə edib.
Xatırladaq ki, Makron iyulun 24-də Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib. Prezident bunu sentyabrda BMT Baş Assambleyasının sessiyasında etməyi planlaşdırır.
Əli Babayev