Kazanda Alina Zagitovanın məktəbinin tikintisinə başlanılıb
Kazanda fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zagitovanın məktəbinin tikintisinə başlanılıb.
Tatarıstanın İdman Nazirliyinin rəhbəri Vladimir Leonova istinadən Match TV xəbər verir ki, onun bir ildən sonra qapılarını açacağı gözlənilir.
…Hazırda biz Alina ilə onun obyekt baxımından deyil, məktəb baxımından necə işləyəcəyi ilə bağlı hüquqi sxem hazırlayırıq”, – deyə nazir izah edib.
İlkin olaraq Zagitovanın məktəbinin bu ilin sonuna kimi tikiləcəyi güman edilirdi, lakin maliyyə problemləri səbəbindən layihə təxirə salınıb.
Yayın əvvəlində layihə tarixi yaşayış məntəqələrində şəhərsalma üzrə idarələrarası komissiya tərəfindən təsdiq edilib. Tatarıstan hakimiyyəti Zagitova məktəbinin yaradılması üçün regional büdcədən 1,29 milyard rubl ayırmağı planlaşdırır.
SİA xatırladır ki, Zagitova 2018-ci il Olimpiadasında qızıl medal qazanıb. Elə həmin il o, qadınlar arasında tək konkisürmə üzrə Avropa Çempionatının, növbəti il isə Dünya Çempionatının qalibi olub.
Nazlı Almuradova