“Putinin arxası divara sıxışdırılıb..?”
…Ukraynalı politoloq Aleksey Yakubin hesab edir ki, Donald Trampla Putin arasında görüş təşəbbüsü Rusiya hökmdarının son dərəcə əlverişsiz mövqeyinə görə yaranıb.
SİA-nın məlumatına görə, o, Teleqraf-a şərhində qeyd edib ki, ABŞ Kreml üçün açıq müddətlər müəyyən edib və yeni sanksiyalar hazırlayır, Moskva isə Pekinlə tək qalmaqdan qorxur.
“Rusiya üçün ABŞ-la əlaqəni itirməmək vacibdir, çünki əks halda o, “Böyük Si-nin qucağına” düşəcək və bu, onun Çin tərəfindən daha da mənimsənilməsinə səbəb olacaq”, – Yakubin izah edib.
Onun sözlərinə görə, Tramp sentyabrın 18-dən qüvvəyə minəcək Rusiya neftinin alınması ilə əlaqədar Hindistan mallarına 25 faiz rüsum tətbiq edərək iqtisadi tədbirlərlə təzyiqi artırıb.
Bu, ekspertin fikrincə, Putini razılaşmaları sürətləndirməyə məcbur edib.
…Tramp Putini zaman ölçüsündə divara sıxışdıraraq, müəyyən kompromislərlə razılaşmağın zəruri olduğunu göstərdi, – deyə o qeyd edib və əlavə edib ki, BƏƏ də daxil olmaqla, müxtəlif görüş yerləri müzakirə olunur.
Yakubin hesab edir ki, Kreml sanksiyaları ləğv etməyə və işğal olunmuş ərazilərdə təsirini gücləndirməyə çalışır, lakin Avropa İttifaqının iştirakı olmadan Tramp Moskvaya ciddi güzəştlər verə bilməyəcək.
Danışıqların mümkün nəticəsi sınaq addımı kimi qismən atəşkəsdir.
…Tramp Putinlə o zaman görüşəcək ki, o, konkret nəticəyə – atəşkəs, eskalasiyanın azaldılması və ya digər ilk addımlara arxayın olsun, – politoloq yekunlaşdırıb.
Əli Babayev