Tramp Putinlə məşhur məkanda görüşəcəyini açıqladı
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünün “məşhur məkanda” baş tutacağını bildirib. SİA xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp Putinlə görüşlərə başlayacağını və daha sonra onların harada keçiriləcəyini açıqlayacağını bildirib. “Biz Rusiyadan başlayacağıq və yeri açıqlayacağıq. Düşünürəm ki, bu, bir çox səbəblərə görə çox populyar bir məkan olacaq. Amma bir az sonra bunu elan edəcəyik. Sadəcə, indi etdiyimiz işin əhəmiyyətinə görə bunu indi etmək istəmirəm”, – Tramp deyib.