Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
Prezident İlham Əliyev bildirib ki, Donald Trampla görüş çox səmimi və dostluq şəraitində keçib. SİA xəbər verir ki, dövlət başçısı bunu ABŞ səfərinin nəticələri ilə bağlı müsahibəsində deyib.
Görüşdə bir çox önəmli məsələlər müzakirə olunub. Eyni zamanda, strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün Strateji İşçi Qrup yaradılıb.
Prezident vurğulayıb ki, sənədin böyük əhəmiyyəti var və gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt və müdafiə sənayesi daxil olmaqla açıq-aydın təsbit olunub. Bu istiqamətlərin sadalanması göstərir ki, çox geniş imkanlar ortaya çıxır.