Tbilisidəki İdman Sarayının ətrafında yanğın baş verib
Tbilisidə İdman Sarayını əhatə edən ərazidəki binaların birində güclü yanğın baş verib.
SİA xəbər verir ki, yanğın baş verən binadan insanlar təxliyə olunublar.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın binanın bölmələrindən birində baş verib. Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Xəsarət alanlar barədə məlumat yoxdur.