Türkiyədə 6,1 bal gücündə zəlzələ olub
Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
SİA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 19:53-də qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla, ölkənin Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.