Dünya

Türkiyədə bərə Yunanıstan gəmilərinə çırpılıb…


Türkiyənin Çeşmə limanında sərnişinləri olan bərə bir neçə gəmi ilə toqquşub.

SİA xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.

Hadisə bazar günü səhər saatlarında baş verib.

…Bu gün səhər saatlarında Çeşmədən Saqqız adasına gedən sərnişin bərəsinin mühərrik otağında nasazlıq yaranıb.

Gəmi limana daxil olarkən idarəetməni itirib və yalnız Yunanıstan bayrağı altında yanalmada olan gəmilərə çırpıldıqdan sonra dayanıb.

Tələfat olmasa da, qəzadan sonra “sərnişinlər təxminən iki saat gəmidə qalıblar”.

Daha sonra onlar yedək gəmilərinin köməyi ilə sağ-salamat sahilə çatdırılıblar.

Hazırda onlar toqquşma nəticəsində gəmiyə dəyən ziyanı axtarırlar. Türk Çeşmə Smirnadan (İzmir) 85 kilometr qərbdə, eyniadlı yarımadada, Yunanıstanın Saqqız adasıyla üzbəüz yerləşir.

Əli Babayev