Zelenski Alyaskadakı danışıqlara qatıla bilər…
…Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə Alyaskada görüşəcəyini açıqlayıb.
…Və KİV Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlarda iştirak edə biləcəyini yazıb.
SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Avropa liderləri danışıqların şərtlərini dəqiqləşdirməyə tələsdilər və Ukraynanın gələcəyinin müzakirəsinə cəlb olunmasının vacibliyini vurğuladılar.
İngiltərədə ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə Avropa rəsmilərinin tələsik görüşü baş tutub.
Bir neçə Avropa İttifaqı ölkəsinin nümayəndələri Trampın diplomatik səylərini dəstəklədiklərini, lakin hər hansı sülh danışıqlarından əvvəl atəşkəsin əldə olunmasında və Kiyevin aktiv rolunda təkid etdiklərini bildiriblər.
Ukrayna prezidenti Vladimir Zelenski hələ cümə gününə planlaşdırılan Alyaska sammitinin iştirakçılarının rəsmi siyahısına daxil edilməyib.
ABŞ administrasiyasına yaxın iki CNN mənbəsi bildirib ki, Ağ Ev onun bəzi fərdi görüşlərdə mümkün iştirakını istisna etməyib.
Rəsmilərdən birinin sözlərinə görə, Zelenski ilə bağlı bütün məsələlər Trampla Putinin ikitərəfli görüşündən sonra həll olunacaq.
Sammit çox sürətlə təşkil olundu, ona görə də bir çox detallar, xüsusən də görüşün dəqiq yeri hələ açıqlanmayıb.
Rəsmi qeyd edib ki, Tramp Ukrayna prezidentinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsinə açıqdır, lakin “Ağ Ev prezident Putinin dəvəti ilə ikitərəfli görüş planlaşdırır”.
Əli Babayev