Bioqraflar Putinin ailə sirlərindən birini açır…
Vladimir Putinin həyatından bəhs edən yeni kitabda iddia olunur ki, ata gəncliyində gələcək anasını çəngəl ilə bıçaqlayıb və sonradan təqibdən yayınmaq üçün onunla evlənmək məcburiyyətində qalıb.
SİA-nın məlumatına görə, Britaniyanın “Daily Star” nəşri “Çar şəxsən: Vladimir Putin hamımızı necə aldatdı” kitabının materiallarına istinadən xəbər verir ki, hadisə 1928-ci ildə Tver vilayətindəki kəndlərdən birində baş verib.
Şahidlərin sözlərinə görə, Marusya kimi tanınan 17 yaşlı Mariya evdə tək olub, Vladimir Putin bir qrup kişi ilə onun həyətinə daxil olub. Qız qonaqları içəri buraxmaqdan imtina edib, bu isə prezidentin gələcək atasını qəzəbləndirib.
Kənd sakini Anfisa Kormilitsınanın dediyinə görə, Putin çəngəli götürərək darvazanı sındırmağa başlayıb, bundan sonra təsadüfən Marusyanın üzünə vurub, gözünü zədələyib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, gözü oradan çıxarılıb. Qızın ailəsinin təcavüzkarı Marusya ilə evlənmədiyi təqdirdə məhkəməyə verəcəyi ilə hədələyib.
Şahidlər Putini kənddə qızlara qarşı alçaldıcı davranışları ilə məşhur olan bir adam kimi təsvir edirlər.
Kitabın həmmüəlliflərindən biri, jurnalist Roman Badanin bu cür davranışın kənd oğlanları arasında tez-tez baş verdiyini və qızlara sataşmaq məqsədi daşıdığını bildirib.
Vladimir Putin ailədə hər hansı zorakılıq və spirtli içkidən sui-istifadə hallarını inkar edərək, ictimaiyyət qarşısında çıxışlarında valideynlərini nümunəvi kimi təsvir edib.
Kitabın müəllifləri iddia edirlər ki, Kreml prezidentin şəxsi həyatının təfərrüatlarını gizlədir, rəsmi Rusiya tarixi isə çox vaxt həqiqəti uydurma ilə əvəz edir.
…Focus artıq yazıb ki, Putinin indiki vəziyyəti bir çox cəhətdən uşağın diş həkimi qarşısındakı davranışı ilə müqayisə oluna bilər.
Əli Babayev