Dünya

Alyaskalılar Putinin səfərinə etiraz ediblər…





Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək…



…Alyaskanın ən böyük şəhəri Ankorijdə ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı etirazlar hazırlanır.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, “Stand Up Alyaska” siyasi təşkilatı tədbiri sammitdən bir gün əvvəl, cümə axşamı, avqustun 14-nə təyin edib.

Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək. …Qubernatorun razılığı ilə Prezident Donald Tramp Vladimir Putini dəvət etdi. Biz həm Trampa, həm də Putinə aydın mesaj göndərmək üçün toplaşırıq: Alyaska avtoritarizmə qarşı qətiyyətlə dayanır.

Bu, təşkilatçıların vebsaytında deyilir.

…Stand Up Alaska Facebook səhifəsi birbaşa yerli sakinləri küçələrə çıxmağa və aksiyaya qoşulmağa çağırır: “Beynəlxalq hərbi cinayətkarın (Vladimir Putin. – Red.) olmasına etiraz etmək üçün Alyaskanın Ankoric şəhərində bizə qoşulun”.

Əli Babayev