Dünya

Belarusda “Adidas” brendinin geyimləri qadağan edilib





Məhsullar satışdan çıxarılır…



Belarusda məşhur “Adidas” brendinin geyimləri satışdan çıxarılır. Qeyd olunur ki, avqustun 14-dən konkret məhsulların alınması mümkün olmayacaq.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu qərarı Dövlət Standartı bir neçə mağazaya baxış keçirdikdən sonra verib.

Məlum olub ki, məhsullar Gömrük İttifaqında qəbul edilmiş qaydalara uyğun gəlmir.

Agentliyin mütəxəssisləri müəyyən ediblər ki, “Adidas” markalı jumperin kifayət qədər “nəfəs alma qabiliyyəti” yoxdur.

Mütəxəssislər müəyyən ediblər ki, ən azı 100 dm³/(m² s) standartı ilə bu model yalnız 62 dm³/(m² s) göstəriciyə malikdir.

Müfəttişlərin əmri avqustun 6-da verilib və avqustun 14-dən etibarən satıcı bu geyimi satışdan çıxarmağa borcludur.

Əli Babayev