Dünya

Hindistan Ukrayna ilə əlaqələri gücləndirmək niyyətindədir…





Hindistanın baş naziri ilə Ukrayna prezidenti arasında ikitərəfli görüş keçirilib.



Hindistanın baş naziri Narendra Modi Ukrayna ilə münasibətlərin möhkəmlənməsinə sadiq olduğunu bildirib və Rusiya ilə müharibənin sülh yolu ilə həllinə çağırıb.

SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətdən sonra yazıb.

…Hindistan bu prosesə, eləcə də Ukrayna ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə hər cür töhfə verməyə hazırdır.

Bunu Modi vurğulayıb.

…Zelenskinin sözlərinə görə, tərəflər sentyabrda BMT Baş Assambleyasında şəxsən görüşmək barədə razılığa gəliblər. Liderlər Rusiyaya qarşı sanksiyaları, o cümlədən onun enerji resurslarının, xüsusilə neftin ixracına qoyulan məhdudiyyətləri müzakirə ediblər.

Ukrayna prezidenti həmçinin bildirib ki, o, Modini Rusiyanın son hücumları barədə məlumatlandırıb. Hindistan ənənəvi olaraq Rusiya ilə sıx əlaqələr saxlayır və münaqişədə neytral qalır, lakin bu münasibətlər ABŞ-ın təzyiqi ilə üzləşib.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Hindistandan Rusiya neftini aşağı qiymətlərlə almağı dayandırmağı tələb edərək, ölkədən gələn mallara 50 faizə qədər rüsum tətbiq edəcəyi ilə hədələyib.

Hindistan rəsmiləri deyirlər ki, Rusiyadan neft alışı qlobal bazarı sabitləşdirməyə və tədarük çatışmazlığının qarşısını almağa kömək edir.

Əli Babayev