Siyasət

Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib


Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.