Sammit zamanı Zelenski Alyaskaya buraxılmayacaq…
SİA-nın məlumatına görə, TASS agentliyi mənbəyə istinadən yazır ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın burada keçiriləcək sammiti zamanı Vladimir Zelenskinin Alyaskaya səfərini gözləməyə dəyməz.
…Putin və Trampın görüşü zamanı Zelenskinin Alyaskaya gələcəyini gözləmək olmaz, – agentlik mənbədən sitat gətirir.
…ABŞ Vladimir Putin və Donald Tramp arasında mümkün olan görüşün mümkün müsbət nəticələrinə müdaxilə etməyəcək, – başqa mənbə agentliyə bildirib.
Bundan əvvəl “Bloomberg” və “The Wall Street Journal” kimi nəşrlər Trampın ətrafındakı anonim mənbələrə istinadən, guya görüşün üçtərəfli formatının nəzərdən keçirildiyini yazıblar.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio müsahibəsində Donald Trampla Vladimir Putinin görüşünün ikitərəfli olacağını bildirib.
P.S: Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü yalnız ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər üçün əhəmiyyətli olacaq, lakin Ukraynasız Ukrayna ilə bağlı orada heç bir qərar qəbul edilməyəcək. Bunu çərşənbə axşamı, avqustun 12-də Vladimir Zelenski deyib.
Əli Babayev