Sankt-Peterburqda əcnəbilərə kuryer işləmək qadağan edilir…
…Sankt-Peterburq rəhbərliyi əcnəbilərə kuryer işləməyi qadağan edib.
SİA xəbər verir ki, bu barədə Şimal Paytaxt Hökumətinin İnformasiya Departamenti məlumat yayıb.
Qeyd olunur ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun imzaladığı fərman “kölgə məşğulluğu ilə mübarizəyə, xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına, Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılmasına yönəlib”.
…Statistikaya görə, xarici kuryerlər sektorda işləyənlərin ümumi sayının cüzi bir hissəsini təşkil edir, ona görə də bu tədbir çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək.
Bu, hesabatda deyilir.
Fərmana əsasən, sahibkarlıq subyektlərinə yeni tələblərə uyğunlaşmaq üçün üç ay vaxt verilib.
…RT xəbər verir ki, bundan əvvəl Rusiya Əmək Nazirliyi viza verilən ölkələrdən rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan etməyi təklif edib.
Əli Babayev