Zelenski Putin və Trampla görüşəcəyini açıqlayıb…
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla görüşü elan edib, lakin görüşün nə vaxt keçiriləcəyini bilmədiyini deyib.
SİA-nın məlumatına görə, onun çıxışından bir fraqment “Teleqraf.ua” nəşri tərəfindən Telegram-da dərc olunub.
…Əlbəttə, bizim liderlər səviyyəsində, üçtərəfli görüşümüz olacaq, lakin onun keçiriləcəyi tarixi bilmirəm, – deyə Ukrayna lideri bildirib.
O, münaqişəyə yalnız üçtərəfli görüş nəticəsində son qoyulacağına əminliyini ifadə edib.
Bundan əvvəl Zelenski bildirib ki, indi sülhə nail olmaq üçün real şans var.
Eyni zamanda, onun sözlərinə görə, Kiyev Ukrayna və Avropa ölkələrinin iştirakı olmadan qəbul edilə biləcək istənilən qərarda “təhlükə görür”.
Əli Babayev