Dünya

34 yaşlı rusiyalı iki oğlan uşağı bağçadan qaçıraraq yoxa çıxıb…


Yekaterinburqda 34 yaşlı yerli sakin iki oğlunu qaçırıb. Oğlanlar məhkəmənin qərarı ilə anaları ilə yaşamalıdırlar.

SİA xəbər verir ki, bu barədə E1.RU məlumat yayıb.

34 yaşlı Ural sakini keçmiş həyat yoldaşı ilə razılaşaraq uşaqları bağçadan götürüb.

Onları valideynlərinin daçasına aparmalı idi, lakin naməlum istiqamətdə yoxa çıxıb.

Kişi hazırda əlaqəsizdir. O, qoltuq ağacları ilə hərəkət edir. Ehtimallara görə, kişi Gorodets şəhərində, ekokənddə və ya pravoslav kilsələrinin ərazisində ola bilər.

Əli Babayev