Kim Çen In və Putin sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər…
Kim Çen Inla Vladimir Putin arasında telefon danışığı zamanı Şimali Koreya lideri əmin edib ki, ölkəsi Rusiyanın gördüyü tədbirləri tam dəstəkləyəcək.
Kim Çen In bir daha Şimali Koreyanın Rusiya ilə müqavilənin ruhuna sadiq qalacağını təsdiqləyib.
İki ölkə liderləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib və əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
SİA-nın məlumatına görə, Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir ki, söhbət səmimi və dostluq şəraitində keçib. Daha əvvəl Kremlin mətbuat xidməti Putinin Kim Çen In ilə söhbət etdiyini və bu zaman o, Donald Trampla gözlənilən görüş barədə məlumat paylaşdığını bildirib.
Liderlər ölkələr arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. …Putin Şimali Koreyanın Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Əli Babayev