Dünya

Orban Putinlə bağlı Avropa İttifaqına müraciət edib…


…Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrini Rusiya prezidenti Vladimir Putini şeytana salmaqdan və Ukraynada sülhə gedən yolu bağlamaqdan əl çəkməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun X səhifəsində müvafiq yazı yaranıb.

Orbanın sözlərinə görə, Avropa İttifaqı ölkələri “illüziyalardan reallığa qayıtmaq və danışıqlar aparmaq” əvəzinə “Putini şeytanlaşdırmaq və sülhə gedən yeganə yolu bağlamaq” qərarına gəliblər.

…Başqaları bizim taleyimizə qərar verərkən bu bizi aciz qoyur. Bəsdir!.

Bunu baş nazir əlavə edib.

…Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya Federasiyası və ABŞ başçılarının sammiti keçiriləcək. Onun əsas mövzusu Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanması variantlarının müzakirəsi olacaq.

Əli Babayev