Suriyanın Əl-Kuneytra əyaləti işğal edildi
İsrail Müdafiə Qüvvələrinin (IDF) mexanikləşdirilmiş bölmələri Suriyanın cənubundakı Əl- Kuneytra əyalətinə daxil olaraq oradakı 5 yaşayış məntəqəsini təmizləyib. SİA xəbər verir ki, bu barədə “Al Ekhbariya” məlumat yayıb. Bildirilib ki, avqustun 12-də İsrail qüvvələri Tərancda xüsusi əməliyyat keçirib, oradan patrullardan biri Xodr istiqamətində hərəkətini davam etdirib. Quneytranın cənub hissəsində İDF müvəqqəti nəzarət məntəqələrinin qurulduğu Tell-Əhmər təpəsi və Əl-Əsbah kəndi yaxınlığında görünüb. Əyalətin mərkəzi hissəsində İDF döyüşçüləri Kidna kəndini işğal edərək, sakinlərə evlərini tərk etməyi qadağan ediblər.