İsveçrə ilin ən isti gününü yaşadı
İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsi (MeteoSwiss) ölkənin demək olar ki, bütün bölgələrində bu il ilin ən isti gününün qeydə alındığını açıqlayıb. SİA xəbər verir ki, “MeteoSwiss” ölkənyə təsir edən isti dalğası ilə bağlı bir yazıda bəzi bölgələrdə temperaturun 35 dərəcəni keçdiyini bildirib.
Açıqlamada vurğulanıb ki, isti dalğası ölkənin qərb və mərkəzi hissələrində xüsusilə təsirli olub və ötən gün bu, ilin ən isti günü olub.
Qeyd edək ki, İsveçrə Federal Hökuməti bu həftənin əvvəlində vətəndaşlara yüksək temperaturun ölkənin əksər ərazilərinə təsir edəcəyi barədə xəbərdarlıq etmişdi.