Dünya

Xəstəliyin yayılması ilə əlaqəli ilk listerioz hadisəsi qeydə alınıb


“Sciensano” İctimai Səhiyyə İnstitutu Belçikada ilk listerioz hadisəsi barədə məlumat verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə “Brüssel Tayms” qəzeti xəbər verir. İnfeksiya Fransada yoluxmuş pendirin səbəb olduğu xəstəliyin yayılması ilə əlaqələndirilir. Xəstələnmiş vətəndaşın vəziyyəti hələ dəqiqləşdirilmir.

Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyinin (FAVV) nümayəndəsi Elen Bontenin sözlərinə görə, müəyyən edilmiş ştam Fransada aşkar edilən ştamla eynidir. Belçikada ilk yoluxma halı barədə əlavə məlumat hələ ki, yoxdur.

Bonte vurğulayıb ki, ciddi nəzarət tədbirlərinə baxmayaraq, listeriya bakteriyalarının qida məhsullarına düşməsi ehtimalını tamamilə istisna etmək mümkün deyil. “Biz steril mühitdə yaşamırıq. Bakteriyalar ətrafımızdakı mühitin bir hissəsidir və qidaya düşə bilər”, – deyə o qeyd edib.

Listeriya əksər hallarda pasterizə olunmamış süddə aşkar edilir. İstehsalçılar riskləri minimuma endirməyə və məhsullarının çoxsaylı sınaqlarını keçirməyə borcludurlar. Bununla belə, yoluxmuş məhsulların rəflərə düşməsi halları hələ də mümkündür və o zaman onlar satışdan geri çağırılır.