Sosial

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı


Bu ilin birinci yarısında daimi yaşamaq üçün Azərbaycana gələn 1 709 nəfər qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1709 nəfər gələn, Azərbaycandan isə 1092 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 617 nəfər təşkil edib.