Fransada listerioz virusuna yoluxan iki nəfər ölüb
Fransada iki nəfərin listerioz virusundan vəfat etməsi ilə bağlı xəbər cəmiyyətin diqqətini bu təhlükəli bakteriyaya yönəldib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransanın Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin yaydığı məlumata görə, çox sayda insan listerioz virusuna yoluxub. Bu vaxtadək virusdan iki ölüm halı qeydə alınıb. Ölümlərin pasterizə olunmuş süddən hazırlanmış və Kröz bölgəsində yerləşən “Şavöqran” şirkətinin istehsalı olan pendirlə əlaqəli olduğu ehtimal edilir. Bununla əlaqədar olaraq, 40-dan çox pendir partiyası satışdan yığışdırılıb.
Xəbərdarlıq edilir ki, listeriozun erkən mərhələsi çox zaman qrip və ya bağırsaq infeksiyası ilə qarışdırılır. Buna görə də virusa yoluxmuş xəstələr, adətən, xəstəxanaya artıq ağır vəziyyətdə – komada və ürək-damar çatışmazlığı ilə daxil olurlar.