Dünya

Polşa ukraynalı qaçqınlara “800+” yardımını ləğv etməyi düşünür..?


…Yeni prezident Navrotski hesab edir ki, Polşada demoqrafik siyasət sistemli və məntiqli şəkildə həyata keçirilməlidir. İki və daha çox uşaq böyüdən vətəndaşların gəlir vergisindən azad edilməsi məsələsi müzakirə edilir.

Polşanın hakimiyyət orqanları ukraynalı qaçqınlara “800+” yardım proqramının ləğvi imkanlarını öyrənir.

SİA-nın məlumatına görə, bunu ölkə prezidenti Karol Navrotski bildirib.

Dövlət başçısı “Polsat” telekanalına müsahibəsində “800+” güzəştləri ilə bağlı istənilən müzakirələrə açıq olduğunu qeyd edib.

O, hesab edir ki, Polşada demoqrafik siyasət sistemli və məntiqli şəkildə həyata keçirilməlidir.

Navrotskinin sözlərinə görə, Varşava ukraynalılar üçün güzəştləri ləğv etməyi düşünür.

Bundan başqa, iki və daha çox uşaq böyüdən vətəndaşların gəlir vergisindən azad edilməsi məsələsi də müzakirə edilir.

Nazlı Almuradova