Amerikalı jurnalist Alyaska sammitindən sonra rus araqını tərifləyib..?
Amerikalı müxbir Brayan Qlenn rusiyalı həmkarından hədiyyə aldığı bir şüşə rus arağından məmnun olduğunu bildirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, jurnalistin reaksiyası ilə bağlı məlumatı Rusiya mətbuatı yayıb.
Həmin gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar baş tutub.
Görüş Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında baş tutub. Liderlərin dar tərkibdə danışıqları “üçdən üçə” formatında aparılıb və iki saat 45 dəqiqə davam edib.
Bundan əvvəl Avropa İttifaqının səfirləri fövqəladə iclasda Rusiya-ABŞ sammitinin nəticələrini müzakirə etmək üçün toplaşıblar.
Əli Babayev