Dünya

Tümendə 16 ildir ki, itkin düşən uşaq axtarılır…


Bəziləri onilliklər ərzində axtarışdadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2009-cu il avqustun 15-də Tümen vilayətinin Luqovoe kəndində 12 yaşlı Anastasiya Lojkina izsiz yoxa çıxıb.

…“Təhlükəsiz uşaqlıq naminə” ictimai təşkilatından Andrey Kramarski teleqram kanalında qızın itməsi ilə bağlı məlumat paylaşıb.

2009-cu ildə Tümen yaxınlığındakı Luqovoe kəndindən olan Nastya saat on bir ilə günorta arasında çörək və süd almaq üçün mağazaya gedib. Mağaza qızın ailəsinin evindən bir kilometrdən az məsafədədir.

Mağaza və ev kəndin mərkəzi küçəsində yerləşir. Qız mağazaya çatıb və çörək alıb.

…Və küçəyə çıxandan sonra qız izsiz yoxa çıxıb. Mövcud versiyalardan birinə görə, yoxa çıxmazdan əvvəl Nastya naməlum avtomobilin yanında görünüb. İtkin qızın axtarışları uğursuz alınıb, onun harada olması barədə hələ də məlumat yoxdur.

Anastasiya Lojkinanın yoxa çıxmasından bir il sonra, on iki yaşlı Anya Anisimova Tümendə itkin düşüb və o da tapılmayıb.

Tümen vilayətində 1995-ci ildən bəri iyirmidən çox uşaq izsiz itmiş hesab olunur.

Uşaqlardan ən kiçiyi itən zaman beş yaşında olub.

Nazlı Almuradova