Dünya

Tusk Putini bacarıqlı oyunçu adlandırıb…




Tusk: Ukraynanın gələcəyi üçün oyun həlledici mərhələyə qədəm qoyub



…Ukraynanın gələcəyi və Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoyub.

SİA-nın məlumatına görə, bu fikri Polşanın baş naziri Donald Tusk Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarını şərh edərkən deyib.

…Ukraynanın gələcəyi, Polşanın və bütün Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoydu,- deyən Tusk X-də yazıb və Rusiya prezidenti Vladimir Putinin bacarıqlı oyunçu olduğunu “bir daha sübut etdiyini” qeyd edib.

…Ona görə də bütün Qərbin birliyini qorumaq çox vacibdir, – Polşanın baş naziri əlavə edib.

Əli Babayev