Arestoviç, Alyaskanın Zelenskiyə verdiyi əsas hökmü adlandırıb…
…Dünya mediası Alyaskada keçirilən sammitdə Rusiya və ABŞ liderlərinin bədən dilini müzakirə edərkən, onun Kiyev üçün əsas və məyusedici nəticəsi pərdə arxasında qalıb?..
SİA-nın məlumatına görə, Ukrayna prezidentinin dəftərxanasının keçmiş müşaviri Oleksiy Arestoviç özünün Telegram kanalında bildirib ki, Trampla Putin arasında görüş aydın bir hökmlə başa çatıb: münaqişənin davam etdirilməsi üçün məsuliyyət indi Vladimir Zelenskinin üzərinə düşür.
Arestoviçin sözlərinə görə, sammitin əsas düsturunu Donald Tramp səsləndirib və bu iki hissədən ibarətdir: birbaşa məsləhət “Zelenski daha yaxşı sövdələşmə” və Rusiyaya qarşı yeni sanksiyaları təxirə salmaq qərarı…
…Müharibənin davam etdirilməsi üçün məsul şəxs müəyyən edilib, – deyən Arestoviç Ağ Evin ritorikasını kökündən dəyişdiyini, təzyiqləri Moskvadan Kiyevə yönləndirdiyini vurğulayıb.
Analitik Tramp ultimatumlar hazırlayarkən Vladimir Putinin öz “simvolik kapitalı” üzərində necə ustalıqla işlədiyinə xüsusi diqqət yetirib.
Putin “Alyaskanın ümumi tarixi”nə müraciət edib, ukraynalıları “qardaş xalq” adlandırıb, diz çökərək sovet pilotlarının məzarları üzərinə güllər qoyub, Amerika arxiyepiskopuna ikonalar təqdim edib.
Arestoviçin sözlərinə görə, digər mühüm siqnal Çinlə bağlı tam sükut olub. O, qlobal miqyasda mümkün pərdəarxası razılaşmalara eyham vurub: “Bu susqunluq bir çox sözdən daha vacibdir”.
Bununla belə, Arestoviçin əsas qənaəti ideoloji xarakter daşıyır. O, hesab edir ki, bu gün əsas problem “hamının ələ saldığı III Dünya Müharibəsinin kabusu” deyil, cəmiyyətin və medianın reallığın (“realpolitik”in) tamamilə rədd edilməsidir. Onun fikrincə, dünya praqmatik, güclü razılaşmaları sadəcə olaraq idealist “rahat kiçik dünya” anlayışlarına uyğun gəlmədiyi üçün ələ salan və dəyərdən salan “reallığa komsomol müqaviməti” ilə sıxışdırılıb.
Əli Babayev