Dünya

Ukraynanın təhlükəsizliyi NATO-nun 5-ci maddəsi kimi işləməlidir…




Ukrayna real təminatlarda israrlıdır…



Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin birgə mətbuat konfransına istinadən RBC-Ukrayna xəbər verir ki, Ukrayna NATO-nun 5-ci maddəsi kimi praktikada işləyəcək real təhlükəsizlik zəmanətlərində israr edir.

…NATO-nun 5-ci maddəsi kimi praktikada işləmək üçün təhlükəsizliyə ehtiyacımız var. Biz Avropa İttifaqına qoşulmağı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi nəzərdən keçiririk.

SİA-nın məlumatına görə, bunu Ukrayna prezidenti vurğulayıb.

O qeyd edib ki, Kiyev ABŞ prezidenti Donald Trampdan Amerika və Rusiya diktatoru Vladimir Putinin də bunu eyni cür gördüklərini eşidib.

…Buna görə də biz Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan danışdıq. Ukrayna və Moldovanın bölünməsi ola bilməz. Əgər belə bir parçalanma olarsa, bu, avtomatik olaraq Avropanın Ukraynaya münasibətdə parçalanması, Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq və qəti mövqeyinin olmaması anlamına gələcək, – o vurğulayıb.

Əli Babayev