Dünya

Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoyub…





İndi Qərbin əsas vəzifəsi Kremlin hərəkətləri qarşısında birliyi qorumaqdır….



…Polşanın baş naziri Donald Tusk X sosial şəbəkəsində yazıb ki, Ukraynanın gələcəyi, Polşanın və bütün Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoyub.

Hökumət başçısı qeyd edib ki, indiki hadisələr Rusiyanın yalnız güc dilini tanıdığını təsdiqləyir və Vladimir Putin öz amansızlığını və siyasi hiyləgərliyini bir daha nümayiş etdirdi.

SİA-nın məlumatına görə, bu barədə Polskie Radio xəbər verir.

Avqustun 16-da Avropa ölkələrinin liderləri Alyaskanın Ankoric şəhərində keçirilən ABŞ-Rusiya sammitindən sonra iki videokonfrans keçiriblər. Bundan sonra rəsmi açıqlama dərc olunub.

Onun əsas müddəası Ukraynanın təhlükəsizliyi və suverenliyi idi. Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Ukraynada müharibəyə son qoyan istənilən sülh sazişi bu ölkə və Avropa üçün güclü təhlükəsizlik təminatlarına lazımdır.

…Avropa İttifaqı ədalətli və davamlı sülhə nail olmaq üçün prezident Vladimir Zelenski və ABŞ ilə sıx əməkdaşlıq edir. Ukrayna və Avropanın əsas təhlükəsizlik maraqlarını qoruyacaq etibarlı təminatlar əsas əhəmiyyət kəsb edir, -deyə fon der Leyen X sosial şəbəkəsində yazıb.

Avropa ölkələri liderlərinin Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra dərc etdikləri bəyanatın əsas ideyası “Ukraynasız Ukrayna haqqında heç nə”dir.

Əli Babayev