Ursula fon der Leyen Zelenski ilə birlikdə Trampla danışıqlara gedəcək
…Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə ABŞ-a uçacaq.
Onlar Amerika lideri Donald Trampla görüşəcəklər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna X-də (Twitter) Ursula fon der Leyenə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, bu gün, avqustun 17-də o, Brüsseldə Zelenskini qarşılayacaq. Onlar birlikdə “qərarlılar koalisiyası”nın toplantısında iştirak edəcəklər.
Avropa Komissiyasının prezidenti Trampla avqustun 18-də Zelenski və Avropa liderləri ilə görüşəcəyini bildirib. …Prezident Zelenskinin xahişi ilə mən sabah Ağ Evdə prezident Tramp və digər Avropa liderləri ilə görüşə qatılacağam, – o qeyd edib.
Əli Babayev