Dünya

Avqustun 19-u Dünya Fotoqrafiya Günüdür


Avqustun 19-u Dünya Fotoqrafiya və ya Dünya Foto Günü kimi qeyd olunur. SİA xəbər verir ki, bu gün 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya sənətinin qlobal bayramıdır.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif fotoşəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.