Dünya

Putin Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb. SİA-nın məlumatına görə, bu sözləri Almaniya Kansleri Fridrix Merts deyib. Onun sözlərinə görə, görüşün yeri hələ müəyyən edilməyib.

O, belə bir sammitə yaxşı hazırlaşmağın vacibliyini qeyd edib.